18 
Mar
2017
13:20
261
225
11223
Virtual karabakh

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

18 Mar, 2017
13:20
11223

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Blogger Mehman Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, şikayətə martın 29-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, M.Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hüseynov Nəsimi rayon Polis İdarəsində saxlanılarkən təzyiqə məruz qalması barədə açıqlama verəndən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri