20 
Mar
2017
13:48
29
369
16785
yuxarı
Bakıda tələbə və məktəbli qız oğurlanıb
20 Mar, 2017
13:48
16785
29
369
Bakıda tələbə və məktəbli qız oğurlanıb
Bakıda 23 yaşlı tələbə və 16 yaşlı məktəbli qız oğurlanıb.
Oxu.Az-ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata əsasən, 23 yaşlı Bakı sakininin (qızın adı etik normalara görə açıqlanmır) valideynləri polisə müraciət edərək bildiriblər ki, onların qızı naməlum şəxs tərəfindən qaçırılıb.
8-ci kilometr qəsəbəsində məktəblərdən birində təhsil alan 16 yaşlı qızın valideynləri (onun adı etik normalara görə açıqlanmır) də eyni şikayətlə Nizami Rayon Polis İdarəsinə müraciət ediblər. Qeyd olunur ki, məktəblini Qara Qarayev prospektində qaçırıblar.
Hər iki faktla bağlı araşdırma aparılır, qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək