14 
Apr
2017
16:51
26
326
27912
Virtual karabakh

Yardımlıda evli kişi subay qadının həyatını məhv etdi

14 Apr, 2017
16:51
27912

Yardımlıda evli kişi subay qadının həyatını məhv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlı rayonunda qətl törədilib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. 

O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Onun bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 

10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri