15 
Apr
2017
13:01
113
152
4981
Virtual karabakh

Bakıda keçmiş kafe sahibi şlanqla döyülüb

15 Apr, 2017
13:01
4981

Bakıda keçmiş kafe sahibi şlanqla döyülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçmiş kafe sahibi şlanqla döyülüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Qəbələ” kafesində qeydə alınıb.

Belə ki, 34 yaşlı Namiq Vəliyev kafe işçiləri tərəfindən şlanqla döyülüb. 

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, N.Vəliyev kafenin keçmiş icarədarı olub. O, indiki icarədardan boşqab və qaşıqlara görə ona olan 700 manat borcunu tələb edib. Döyülmə də məhz bu səbəbdən baş verib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri