17 
Apr
2017
12:34
25
213
10471
Virtual karabakh

Bacıdan məhbus qardaşa heroin sovqatı

17 Apr, 2017
12:34
10471

Bacıdan məhbus qardaşa heroin sovqatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik əncir mürəbbəsinin içində gizlədildi.

Bakıda bacı məhbus qardaşına narkotik gətirdi.

Oxu.Az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin Baş İdarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxs Ağaverdiyev Maksud Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1,168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri