18 
Apr
2017
09:45
241
115
9389
Virtual karabakh

Bakıda naməlum şəxslər polisi bıçaqlayıb – FOTO + VİDEO

18 Apr, 2017
09:45
9389

Bakıda naməlum şəxslər polisi bıçaqlayıb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə Əmircan qəsəbəsində baş verib.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti avtomobili ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli “Lada Qrant” markalı avtomobil görərək ona yaxınlaşıblar.

İnsident nəqliyyat vasitəsində oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Avtomobildə olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri