18 
Apr
2017
14:34
50
96
3132
Virtual karabakh

Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

18 Apr, 2017
14:34
3132

Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Oxu.Az Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının əşyaları və əynindəki gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. 

Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

Təkrar yoxlama zamanı vətəndaşın gödəkcəsinin və astarının içində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri