20 
Apr
2017
10:26
107
21
2300
Virtual karabakh

Şirvanda silsilə oğurluq edən iki nəfər yaxalandı – VİDEO

20 Apr, 2017
10:26
2300

Şirvanda silsilə oğurluq edən iki nəfər yaxalandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda silsilə oğurluq edən 2 gənc yaxalanıb. Məlum olub ki, oğrular evlərdən və obyektlərdən bir sıra əşyalar aparıblar. Tutulan şəxslərdən biri yetkinlik yaşına çatmayandır.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Şirvan Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında əməliyyat keçirilib. Şəhər sakinləri - 24 yaşlı İlham Dəmirov və bir yeniyetmə silsilə oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Məlum olub ki, oğrular evlərdən və obyektlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər.

Polis oğurluq əşyaları maddi sübut kimi götürüb. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri