20 
Apr
2017
09:58
60
90
8984
Virtual karabakh

Bakıda avtomobildən oğurluq edən şəxs kameraya düşdü – VİDEO

20 Apr, 2017
09:58
8984

Bakıda avtomobildən oğurluq edən şəxs kameraya düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt ərazisində minik avtomobilindən oğurluq edilib. 

Oxu.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, oğurluq hadisəsi müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Görüntülərdən aydın olur ki, yolun kənarında dayanmış minik avtomobilinin sahibi yük yerindən əşya götürür. Başqa bir nəfər isə onu gözləyir.

Həmin vaxt onların yanından qara gödəkcə geymiş 30-35 yaşlarında bir nəfər keçir.

Avtomobilin sahibi oradan uzaqlaşdıqdan sonra həmin şəxs geri qayıdır və avtomobilə yaxınlaşır. Bir anın içində avtomobilin ön qapısını açır və mobil telefona bənzər əşyanı götürərək qaçır.

Hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib və ərazidəki inşaat malları mağazalardan birinin müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri