20 
Apr
2017
13:36
34
117
1734
Virtual karabakh

Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

20 Apr, 2017
13:36
1734

Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21070” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycanın aksiz markası olmayan 9000 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Z.Q
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri