20 
Apr
2017
16:33
37
361
13425
Virtual karabakh

Mehman Hüseynov əməliyyat olunacaq

20 Apr, 2017
16:33
13425

Mehman Hüseynov əməliyyat olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə olan blogger Mehman Hüseynov təcridxanada tibbi müayinə olunub.

Oxu.AzQafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. 

O bildirib ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər: 

“Bildiriblər ki, cərrahi əməliyyata ehtiyacı var, onun əməliyyat olunması üçün vəkili yenidən müraciət etməlidir”. 

E.Sadıqov təkrar müraciət göndərəcəyini qeyd edib.

Vəkil qeyd edib ki, M.Hüseynov sağ ayağında damar genişlənməsindən əziyyət çəkir.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə təcridxanaya daxil olduğu üçün M.Hüseynov öz kamerasından çıxarılaraq tranzit (etapa gedən) məhbusların saxlandığı kameraya köçürülüb. 

Qeyd edək ki, M.Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri