20 
Apr
2017
21:55
32
278
11622
Virtual karabakh

Özünü vergi işçisi kimi təqdim edib gözəllik salonundan pul aldı – VİDEO

20 Apr, 2017
21:55
11622

Özünü vergi işçisi kimi təqdim edib gözəllik salonundan pul aldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünü Vergilər Nazirliyinin işçisi kimi qələmə verən gənc dələduzluq edib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə bir neçə gün əvvəl Bakıda Nəsimi rayonunda olub. Asif Məhərrəmov küçəsindəki gözəllik salonlarından birinə daxil olan şəxs obyektin sahibi Solmaz İbrahimovaya kassa aparatında yoxlama aparacağını deyib.

Bundan sonra həmin şəxs kassa aparatına yaxınlaşaraq onu yoxlamağa başlayıb. Bütün olanlar gözəllik salonun təhlükəsizlik kamerasına düşüb. Kassaya baxan həmin şəxs Solmaz İbrahimovaya aparatın işləmədiyini bildirib:

“Sonra bizə dedi ki, məndə təzə kassa aparatı var. 95 manat verin sizə gətirim. Mən ona pulu verəndən sonra, beş dəqiqəyə qayıdacağını bildirdi”.

Sonradan aldadıldığını başa düşən qadın ərazi üzrə Nəsimi rayon 19-cu polis bölməsinə müraciət edib. Polis hadisə yerinə gələrək təhlükəsizlik kameraları vasitəsi ilə həmin şəxsin kimliyini araşdırmağa başlayıb.

19-cu polis bölməsindən bildiriblər ki, sözügedən dələduzluq əməli ilə bağlı saxlanılan yoxdur. 

Faktla bağlı həmin şəxsin kimliyini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri