21 
Apr
2017
20:30
23
251
15314
Virtual karabakh

Universitetdə kütləvi dava: Tələbə bıçaqlandı

21 Apr, 2017
20:30
15314

Universitetdə kütləvi dava: Tələbə bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində tələbə bıçaqlanıb. Məlumata görə, Azərbaycan Texnologiya Universitetinin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, universitetin tələbəsi - Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

Ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib.

O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri