May
2017
13:59
32
746
63022
Virtual karabakh

Bakıda iş adamının oğlu “Porsche” ilə adam vuraraq öldürdü – FOTO + YENİLƏNİB

4 May, 2017
13:59
63022

Bakıda iş adamının oğlu “Porsche” ilə adam vuraraq öldürdü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə dünən saat 16:00 radələrində 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Hadisəni törədərək qaçan şəxs, iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur.

Oxu.Az xəbər verir ki, F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb.

O bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”, - deyə qeyd edib.

“Bəs 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?” sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Polisdən Sputnik Azərbaycana verilən məlumata görə, avtomobil yeniyetmənin atasına məxsusdur. A.Fərəcov cinayət məsuliyyətinə cəlb edilməyəcək, belə ki, yetkinlik yaşına çatmayıb.

İşin materialları araşdırılması üçün DİN istintaq orqanına verilib.

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin iki “avtomobil nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması” və “yol-nəqliyyat hadisəsi yerindən qaçmaq” maddəsi üzrə cinayət işi açılıb. Bəzi məlumatlara görə, Füzuli Fərəcov “Mohito” və “Parаdize” klublarının sahibidir.

12:53

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99-BS-999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

11:38

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri