12 
May
2017
12:02
14
149
6511
Virtual karabakh

“BDU-nun müəllimi”nin cəzası yüngülləşdirildi: 3 il həbs

12 May, 2017
12:02
6511

“BDU-nun müəllimi”nin cəzası yüngülləşdirildi: 3 il həbs

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, L.Məmmədova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törədib.

Belə ki, o, tamah niyyəti ilə 2015-ci ilin iyul ayında Yusibov Azər Məhəmməd oğluna özünü Bakı Dövlət Universitetinin (BDU) müəllimi və tələbə qəbulu üzrə səlahiyyətli şəxs kimi təqdim edib.

L.Məmmədova A.Yusibovu aldadıb, etibarından sui-istifadə etməklə onun qızı Nuranə Yusibovanı BDU-nun Geologiya və xəritəçəkmə fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə söz verib. O, bu məqsədlə zərərçəkmişdən 2015-ci ilin iyul ayının ortalarında A.Yusibovun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki evində 5 min manat məbləğində pul alıb. Daha sonra L.Məmmədova verdiyi vədə əməl etməyib.

L.Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti verib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri