12 
May
2017
12:17
175
28
5367
Virtual karabakh

Bakıda “JEK” rəisinə 10 il həbs cəzası verildi

12 May, 2017
12:17
5367

Bakıda “JEK” rəisinə 10 il həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Quliyev Nərimanov rayonunda yerləşən “JEK”-lərdən birində rəis vəzifəsində çalışıb. O, torpaq sahələrini özəlləşdirmək adı ilə vətəndaşlardan 400 min manat pul alıb. Daha sonra N.Quliyev verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
N.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri