12 
May
2017
13:20
31
170
3396
Virtual karabakh

Dağıstanda Azərbaycan vətəndaşı saxlanıldı

12 May, 2017
13:20
3396

Dağıstanda Azərbaycan vətəndaşı saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstan hüquq-mühafizə orqanları əcnəbi vətəndaşların qeyri-qanuni miqrasiya vasitəsilə Rusiyaya girişini təşkil edən cinayətkar qruplaşma müəyyən edib.

Oxu.Az Dağıstan KİV-inə istinadən xəbər verir ki, Dağıstan Baş Prokurorluğunun əməkdaşları Mahaçqala Sovet rayon məhkəməsinə Azərbaycan vətəndaşı Rahib Məmmədovla bağlı cinayət işi göndərib. O, qanunsuz miqrasiya təşkili maddəsi ilə cinayət törətməkdə və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur. 

İstintaq hesab edir ki, R.Məmmədov Azərbaycan vətəndaşlarının Rusiyaya qeyri-qanuni girişini təşkil etmək məqsədilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb və qruplaşmaya Mahaçqala şəhər VVAQ idarəsinin və Rusiya Federal Miqrasiya Xidmətinin Dağıstan üzrə immiqrasiya nəzarəti bölməsinin əməkdaşları daxildir.  

O, saxta sənədlərin notarial təsdiqi onların sahiblərinə sərhəd keçid məntəqələrində ölkəyə girişi təmin edib.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri