15 
May
2017
15:37
211
52
11794
Virtual karabakh

Akif Çovdarov: Mən ad çəksəm, necə olacaq?

15 May, 2017
15:37
11794

Akif Çovdarov: Mən ad çəksəm, necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin əməliyyat olunduğu üçün iclasda iştirak etmədiyi məlum olub. 

Prosesdə çıxış edən dövlət ittihamçısı deyib ki, vəkil on gündən çox üzrlü səbəbdən iclasa gəlmirsə, o zaman yeni vəkil təyin olunmalı və iclas davam etdirilməlidir. Prokuror deyib ki, bəzi epizodların Səlim Məmmədova aidiyyəti olmadığı üçün araşdırmaq olar. 

İclasda çıxış edən Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə deyib ki, S.Məmmədova bəzi epizodların aidiyyəti yoxdursa, nə üçün onlara mütəşəkkil dəstə ittihamı verilib. K.Nəsibov əlavə edib ki, yeni vəkil gəlsə, o da işlə tanış olmaq üçün vaxt istəyəcək. 

S.Məmmədov isə yeni vəkil istəmədiyini bildirib. 

İclasda çıxış edən Akif Çovdarov deyib ki, bu məsələyə münasibət bildirmək istəmir: “Bir söz desəm, sonra yazacaqlar ki, Akif Çovdarovun adamları vəkil Cavid Rzazadəni döyüb, xəstə ediblər”.

A.Çovdarov bildirib ki, mətbuatda agentura şəbəkəsi ilə bağlı yazılanlar yalandır: “Elçin Behbudovun Azərbaycan dövlətinə etdiyi xidmətlərin on faizini prokurorluq və istintaq orqanı birləşsə, edə bilməz. Məhkəmə prosesləri ilə bağlı kim nə istəyir, yazır. Mən ad çəksəm, necə olacaq? Danışsam, vətəndaş müharibəsi, qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə, nə olacaq? İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir. Bundan sonra kim dövlətlə işləyəcək? Bu, dövlətçiliyə xələl gətirməkdir”.

Proses mayın 24-də davam edəcək.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri