16 
May
2017
13:02
196
7
5063
Virtual karabakh

Hədə-qorxu ilə camaatın pulunu əlindən alan şəxs saxlanılıb – FOTO

16 May, 2017
13:02
5063

Hədə-qorxu ilə camaatın pulunu əlindən alan şəxs saxlanılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə-qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcəlləsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri