19 
May
2017
22:55
19
128
3915
Virtual karabakh

İdmançının qətlində şübhəli bilinən azərbaycanlının məhkəməsi başlayır

19 May, 2017
22:55
3915

İdmançının qətlində şübhəli bilinən azərbaycanlının məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna idmançısını öldürməkdə şübhəli bilinən azərbaycanlı məhkəmə qarşısına çıxacaq.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə APA “mmaboxing.ru” saytına istinadən məlumat verir. 

Məlumata əsasən, Odessa şəhər prokurorluğu mayın 16-da Malinovski rayon məhkəməsinə Babək Dəmir oğlu Həsənovun adının hallandığı cinayət işinin materiallarını göndərib.

Qeyd edək ki, 2015-ci il aprelin 8-də Ukraynalı kikboksçu Sergey Laşenko 1 nömrəli Odessa şəhər kliniki xəstəxanasının ərazisində güllələnib. S. Laşenko dostları ilə birgə mərkəzi Deribasovskaya küçəsində bir qrup şəxslə mübahisə edib. Dava zamanı atəş açılıb. S. Laşenko və onun dostları xəstəxanaya müraciət ediblər. Onların mübahisə etdiyi şəxslər isə xəstəxanaya gələrək idmançını güllələyib. Cərrahiyə əməliyyatı zamanı kikboksçu ölüb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri