İyl
2017
22:00
163
73
7208
Virtual karabakh

“Razboynik” ləqəbli kriminal avtoritet ələ keçdi

5 İyl, 2017
22:00
7208

“Razboynik” ləqəbli kriminal avtoritet ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada qulluq göstərdiyinə görə saxlanılıb.

Qeyd olunur ki, kriminal aləmdə “razboynik” ləqəbi ilə tanınan İ.Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri