16 
İyl
2017
12:08
16
477
12870
yuxarı
Bakıda dəhşətli qətl: Ailənin tək övladını ürəyindən vurdular
16 İyl, 2017
12:08
12870
16
477
Bakıda dəhşətli qətl: Ailənin tək övladını ürəyindən vurdular
Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib.
Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, öldürülən şəxs ailənin tək övladı olub.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
24 
Apr
2024
21:30
Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib
3
128
1454
24 
Apr
2024
12:28
Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı - FOTO
8
91
987