17 
İyl
2017
13:20
102
9
1888
Virtual karabakh

İrandan təhlükəli yolla narkotik gətirmək istəyən şəxs saxlanıldı

17 İyl, 2017
13:20
1888

İrandan təhlükəli yolla narkotik gətirmək istəyən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri