25 
İyl
2017
13:04
61
30
4102
Virtual karabakh

Eks icra başçısının adı rüşvətdə hallanır – Ayaz Mütəllibovun sabiq mətbuat katibinin MƏHKƏMƏSİ

25 İyl, 2017
13:04
4102

Eks icra başçısının adı rüşvətdə hallanır – Ayaz Mütəllibovun sabiq mətbuat katibinin MƏHKƏMƏSİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

Zərərçəkmiş Rafiq Hətəmov deyib ki, Su İdarəsinə rəis vəzifəsinə düzəlmək adı ilə T. İbrahimova 48 min manat məbləğində pul verdiyini deyib. Təqsirləndirilən T. İbrahimov isə borcun 43 min manat məbləğində olduğunu deyib. O, pulun 40 min manatını Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədova verildiyini deyib.

Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahkar bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri