Avq
2017
14:36
204
15
9172
Virtual karabakh

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

9 Avq, 2017
14:36
9172

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələrlə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

İ.F.

http://www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri