Avq
2017
16:03
236
44
8130
Virtual karabakh

Nail Allahverdiyevin məhkəmə qərarından apellyasiya şikayəti verilmədi

9 Avq, 2017
16:03
8130

Nail Allahverdiyevin məhkəmə qərarından apellyasiya şikayəti verilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Sevdiyar Bayramov məlumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib.

Qeyd edək ki, Xətai rayon Məhkəməsində N. Allahverdiyev barəsində  həbs-qətimkan tədbiri seçilib. Qərardan üç gün müddətində apellyasiya şikayəti verilə bilərdi. Həmin müddət bu gün başa çatır.

Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri