Sen
2017
12:04
42
494
37678
Virtual karabakh

Bakıda başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı – YENİLƏNİB

6 Sen, 2017
12:04
37678

Bakıda başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

05.09.2017 (19:39)

Bu gün Bakının Hövsan qəsəbəsində tapılmış insan meyitinin kimə məxsus olduğu hələlik məlum deyil. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nın əməkdaşları tərəfindən aşkarlanan 35-40 yaşlı kişiyə məxsus olan meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.

Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri