Sen
2017
17:14
31
475
17742
Virtual karabakh

"Ciyər axşamı"nda adam bıçaqlayan şəxs: Yaxşı oğlanlara salam olsun – VİDEO

8 Sen, 2017
17:14
17742

"Ciyər axşamı"nda adam bıçaqlayan şəxs: Yaxşı oğlanlara salam olsun – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Ciyər axşamı"nda yaranan mübahisə davaya çevrilib.

ARB TV-dən Oxu.Az-a verilən məlumata görə, Alabaşlı kənd sakini Orxan Cəbrayılov həmyerlisi Ramiz Heydərovu üzərində gəzdirdiyi soyuq silahla bıçaqlayıb.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən sonra isti izlərlə saxlanaraq, istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, “Mosu” ləqəbli, Şəmkir sakini Fərid adlı şəxslə ciyər axşamına qonaq gələn Orxan Cəbrayılov mübahisə edib. Lakin ətrafdakılar tərəfləri sakitləşdirərək, gərginliyin böyüməsinə imkan verməyib. Bir gün sonra əsəblərini cilovlaya bilməyən gənc yenidən toy evinə gedərək, Fəridlə mübahisə edib. Bu zaman toyun iştirakçılarından olan Ramiz Heydərov Orxan Cəbrayılovla mübahisəyə girişib. Nəticədə Ramiz bıçaqlanıb.

Orxan Cəbrayılov: “Gəldim, dedim, ay Fərid, bəri dur, sizinlə söhbətim var. O vaxt Ramiz də bununla gəldi. Ramiz gəldi, boynumdan tutaraq, məni vurdu. Hətta mənə söyüş də söydü. Söyəndən sonra mən də çıxarıb-vurdum”.

Saxlanılan Orxan Cəbrayılov əməlinə görə heç də peşman görünmür. O hətta azadlıqda olan dostlarına salam göndərməyi də unutmayıb.

“Mən buradan Elməddinə, bir də Qaraya salam deyirəm. Yaxşı oğlanlara salam olsun”, - Orxan Cəbrayılov deyib

Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan Ramiz Heydərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Samux Rayon Polis Şöbəsində başlanan cinayət işi üzrə aparılan istintaqın yekununda  fakta hüquqi qiymət veriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri