20 
Sen
2017
15:28
10
232
9279
Virtual karabakh

Şagirdin hamiləliyinə görə tutulan müəllim azadlığa çıxdı

20 Sen, 2017
15:28
9279

Şagirdin hamiləliyinə görə tutulan müəllim azadlığa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ilin oktyabrında Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib.

O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb: “Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyi ilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi, oğlum evdə olmayanda, qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb”.

H.İbrahimov övladının ailəsinin dağılmasından sarsıntı keçirdiyini deyib: “Çox pərişan oldum. Bir pozğun ailə mənim övladımın ailəsini dağıtdı. Gəlinim iki uşağı ilə atası evindədir”.

Ata E.İbrahimovun məktəbdəki işinə qayıtmadığını da bildirib: “Oğlumdan olduğu deyilən uşağı necə etdilər, onu da bilmədik”.

Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. 

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açıldı, hadisədə təqsirli bilinən E.İbrahimov 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. 25 yaşlı E.İbrahimov ailəli olub, övladı var. 

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək, ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri