22 
Sen
2017
11:20
8
133
2596
Virtual karabakh

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb, pul apardılar

22 Sen, 2017
11:20
2596

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb, pul apardılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə quldurluq etmiş şəxslər tutulub.

Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 21-də Bərdə rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6:00 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək, onu döyüb, bıçaqla hədələyərək, 200 manat pulunu və 2 mobil telefonunu aparıblar.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək, götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri