22 
Sen
2017
18:23
201
41
9467
Virtual karabakh

Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində qərar verildi

22 Sen, 2017
18:23
9467

Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda avtobus sürücüsünü döyən Cavidan Bədəlovun barəsində istintaq orqanının təqdimatına baxılıb.

Oxu.Az-ın Report-a istinadən  məlumatına görə, məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, C.Bədəlovun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə sentyabrın 18-də, axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Qüdrət Xanzalı oğlu Kərimov sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o tutulub. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri