Okt
2017
09:29
14
85
2847
Virtual karabakh

Bakıda polislərdən qaçan şəxs özünü bıçaqladı

9 Okt, 2017
09:29
2847

Bakıda polislərdən qaçan şəxs özünü bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək, xəstəxanaya yerləşdirilib. 

Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görə də intihara cəhd göstərib.

Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri