Okt
2017
14:56
137
226
14750
Virtual karabakh

Anar Məmmədxanovun xanımının 2 min manatlıq iti tapıldı – YENİLƏNİB

9 Okt, 2017
14:56
14750

Anar Məmmədxanovun xanımının 2 min manatlıq iti tapıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın oğurlanmış “Çao-Çao” cinsli iti tapılıb. 

Oxu.Az xəbər verir ki, bu haqda Qafqazinfo-ya məlumatı redaksiya ilə əlaqə saxlayan İ.Məmmədxanova verib: “Mənə bu işdə kömək etdikləri üçün polis əməkdaşlarına təşəkkür edirəm. İt Şüvəlan istiqamətində küçələrin birində tapılıb. Belə ki, it həyətdən çıxıb, Şüvəlan tərəfə  gedib.  Küçədə yaşayan bir ailənin itdən xoşu gəlib və onu həyətə salıblar. Onlar bunu oğurlamaq məqsədilə etməyiblər. Sadəcə, it xoşlarına gəlib. Biz də həmin evi tapdıq və onu bizə qaytardılar”.

***

11:38

Bakıda “Çao-Çao” cinsli it oğurlanıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “Çao-Çao” cinsli iti bağ evinin qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.

Onu da bildirək ki, “Çao-Çao” cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri