11 
Okt
2017
12:02
161
13
3257
Virtual karabakh

Avtomobillərdən oğurluq edən dəstə üzvləri həbs olundu – FOTO

11 Okt, 2017
12:02
3257

Avtomobillərdən oğurluq edən dəstə üzvləri həbs olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Saxlanılan şəxslərin ətrafında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etdikləri müəyyənləşib.

Azər Güləliyevin bu ilin iyun-sentyabr aylarında şəhərdə daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da məlum olub.

Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əlavə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurladığı da üzə çıxıb.

Saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyənləşib. Həmin şəxslər də müəyyən edilərək, izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri