12 
Okt
2017
09:14
31
65
3258
Virtual karabakh

Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır

12 Okt, 2017
09:14
3258

Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.

Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri