13 
Okt
2017
14:49
15
214
17821
Virtual karabakh

Novxanı bağlarında film kimi cinayət - YENİLƏNİB

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, qətlə yetirilən əcnəbi Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.

***

10:33

Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, qəsəbədəki evlərdən birində orta yaşlı kişinin meyiti əlləri və ayaqları bağlanmış şəkildə aşkarlanıb. 

Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olması da müəyyən edilib.

Hazırda qətlə yetirilən şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də, hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində iş aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

E.Ə.
www.oxu.az

Digər Kriminal xəbərləri