13 
Okt
2017
12:46
100
42
4810
Virtual karabakh

Qəbələdə tanınmış hoteldən 15 min dollar oğurlandı

13 Okt, 2017
12:46
4810

Qəbələdə tanınmış hoteldən 15 min dollar oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hotelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində hotelin kassasından pul oğurlayan şəxsin hoteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb. Məlum olub ki, o, müxtəlif vaxtlarda hotelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov hoteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri