24 
Okt
2017
17:53
306
521
43627
Virtual karabakh

Tanınmış "qanuni oğru" azadlığa çıxdı – YENİLƏNİB

24 Okt, 2017
17:53
43627

Tanınmış "qanuni oğru" azadlığa çıxdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lotu Quli” ləqəbli Nadir Səlifov bu gün Qaradağ rayon məhkəməsindən buraxılıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, özü və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. 

Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasının qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan "Lotu Quli" dərhal ölkəni tərk edib.

Onun Türkiyə və ya Gürcüstana getməsi barədə məlumatlar var.

***

16:22

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri