25 
Okt
2017
21:01
361
88
33106
Virtual karabakh

“Lotu Quli” Gürcüstandan çıxarıldı

25 Okt, 2017
21:01
33106

“Lotu Quli” Gürcüstandan çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın “Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.

“Qanuni oğru”nun yeni ünvanı da bəllidir. Məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. “Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri