14 
Noy
2017
22:06
97
83
5603
Virtual karabakh

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlını axtarır – FOTO

14 Noy, 2017
22:06
5603

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlını axtarır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.

Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haqqında qərar çıxararaq, İnterpola təqdim edib.

İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri