17 
Noy
2017
00:25
63
297
13616
Virtual karabakh

Qonaq getdiyi bibisinin evini soymaq istədi, bıçaqlandı – YENİLƏNİB + VİDEO

17 Noy, 2017
00:25
13616

Qonaq getdiyi bibisinin evini soymaq istədi, bıçaqlandı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 27 yaşlı Cavid Qasımov səhər saat 05 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o, maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb.

Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Yaralının vəziyyəti ağırdır və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

16.11.2017 08:55

Tovuzda bıçaqlanama hadisəsi olub.

Oxu.Az-ın "Report"un Qərb bürosuna istinadla məlumatına görə, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlu Tovuza qonaq gedib və hələ ki, bilinməyən səbəblərdən bibisi tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri