16 
Noy
2017
14:00
31
124
3208
Virtual karabakh

Qaxda mağazadan 10 min manatdan çox pul oğurlandı – FOTO

16 Noy, 2017
14:00
3208

Qaxda mağazadan 10 min manatdan çox pul oğurlandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.

Market sahibinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri