16 
Noy
2017
17:19
292
75
32047
Virtual karabakh

Lənkəranskinin adamlarının Lotu Quliyə sui-qəsd əməliyyatı – VİDEO

16 Noy, 2017
17:19
32047

Lənkəranskinin adamlarının Lotu Quliyə sui-qəsd əməliyyatı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin "Hürriyet" xəbər portalı Lotu Quliyə qarşı hazırlanan sui-qəsd əməliyyatının yeni videosunu yayımlayıb.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, İstanbulun İncirli səmtindəki ticarət mərkəzində "Şirinlər" qruplaşmasına qarşı keçirilən əməliyyatda 13 nəfər saxlanılıb. Onlardan 4-ü azərbaycanlıdır və saxlanılanların üzərində 9 ədəd tapança olub.

Məlum olub ki, ticarət mərkəzinin təhlükəsizlik xidmətinin rəhbəri saxlanılan şəxsləri X-ray cihazının altından keçirməyib. İstintaq çərçivəsində təhlükəsizlik xidmətinin rəisi də saxlanılıb.

Mütəşəkkil cinayətkarlıq idarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar Bakırköy məhkəməsinə göndərilib. Onlar hakim qarşısında cavab verəcəklər.

Polisdən verilən açıqlamaya əsasən, ötən il əvvəl qətlə yetirilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev intiqam üçün "Şirinlər" qruplaşması ilə görüşərək 5 milyon dolları vermək üçün ticarət mərkəzini seçib. Bu görüşdən sonra intiqam hücumu həyata keçiriləcəkdi. Namiq Canıyev qardaşının ölümündə adı hallanan Lotu Qulinin öldürülməsi üçün "Şirinlər"ə 5 milyon dollar təklif edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri