17 
Noy
2017
10:24
52
223
18907
Virtual karabakh

Lənkəranskinin qardaşı haqda qərar qəbul olundu

17 Noy, 2017
10:24
18907

Lənkəranskinin qardaşı haqda qərar qəbul olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla, 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü məhkəmə qarşısına çıxarılıb. 

Oxu.Az xəbər verir ki, Qafqazinfo.az proseslə bağlı maraqlı faktlar əldə edib. 

Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər müşavirə otağına keçiblər. Dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər.

Beləliklə də, aralarında polkovnik Namiq Canıyev də olmaqla, 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, dünən dəstə üzvlərinin məhkəmə qarşısına çıxarılan zaman çəkilən görüntüləri yayılıb. Onu da əlavə edək ki, sıradakı sonuncu şəxs Namiq Canıyevdir. 

Xatırladaq ki, azərbaycanlı polkovnikin ötən il Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün "Şirinlər" dəstəsinə 5 milyon dollar verdiyi bildirilir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri