17 
Noy
2017
17:05
22
647
18380
Virtual karabakh

Azərbaycanda avtobusda məktəbli qıza təcavüz etdilər

17 Noy, 2017
17:05
18380

Azərbaycanda avtobusda məktəbli qıza təcavüz etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. 

Oxu.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq, bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verib və onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib.

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşrutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayanacaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi vaxt onu təqib etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusiya Federasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri