22 
Noy
2017
12:39
71
222
9252
Virtual karabakh

Türkiyə vətəndaşını öldürərək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu – VİDEO

22 Noy, 2017
12:39
9252

Türkiyə vətəndaşını öldürərək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Odessa şəhərində nadir rast gəlinən hadisə baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ukrayna Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində Türkiyə vətəndaşı satanistlər (şeytana sitayiş edənlər) tərəfindən öldürülüb.

Cinayəti iki Türkiyə, bir İtaliya və bir Azərbaycan vətəndaşı törədib. Cinayətkarlar artıq tutulub.

Onlar 25 yaşlı Doruxan Ünalı Odessa şəhərində mənzilində əvvəlcə başından vuraraq öldürüb, sonra isə cəsədi xüsusi ritualla yandırıblar.

Məlumatda qeyd edilib ki, cinayət yerində satanist ayinlərində istifadə edilən əşyalar tapılıb.

Cinayətkarların daha əvvəl də narkotik satışı və insan alveri maddələri ilə məhbus həyatı yaşadıqları ortaya çıxıb.

Öldürülən şəxsin Ukraynaya insan alveri ilə məşğul olmaq üçün gəldiyi və şəhərləri gəzərək gənc qızları pul qarşılığında aldatdığı da bildirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri