22 
Noy
2017
13:34
21
127
6716
Virtual karabakh

Lotu Qulinin qohumu: Məndən soruşdu ki, sən onun nəyisən?

22 Noy, 2017
13:34
6716

Lotu Qulinin qohumu: Məndən soruşdu ki, sən onun nəyisən?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazov özü ifadə verib. O deyib ki, saxlanılmadan öncə aldadılaraq evdən çölə çıxarılıb: “Evimin qapısını bir eynəkli adam döydü və məndən avtomobilimi çəkməyimi istədi. Uşağımla çölə çıxanda polislər əllərimi bağladı, sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar. Orada rəhbər şəxslərdən biri məndən soruşdu ki, "sən Lotu Qulinin nəyisən?" Mən də qohumum olduğunu dedim. Sonra stolun üzərinə vərəq qoyub dedilər, onun haqda nə bilirsənsə, danış. Dedim, Lotu Quli 22 ildir həbsdədir, mən başqa heç nə bilmirəm. Sonra həmin şəxs narkotik gətirib, məni ittiham edəcəyini dedi”.

Proses noyabrın 29-da davam etdiriləcək.

M.Namazovun Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

M.Namazov özünü təqsirli bilmədiyini deyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri