22 
Noy
2017
15:54
23
190
5020
Virtual karabakh

Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi

22 Noy, 2017
15:54
5020

Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Dinler Umuxanım Nadir qızı ərizə yazaraq bildirib ki, keçən ilin avqustunda Mirzə adlı şəxsə qızı Hülyanı Rusiyadakı texnikumlardan birinə düzəltmək üçün pul verib. 

Həmin şəxs qızın Dərbənddəki texnikumda təhsil almasını təşkil edəcəyini söz verərək 6 min manat alıb. Lakin 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, vədə əməl edilməyib, alınan pul da geri qaytarılmayıb.

Şikayətçi qadın məsələnin hüquqi yolla həll edilməsini xahiş edib.

Araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri