23 
Noy
2017
18:09
210
39
6405
Virtual karabakh

“ZARA” mağazasına qarşı 18 min manatlıq dələduzluq

23 Noy, 2017
18:09
6405

“ZARA” mağazasına qarşı 18 min manatlıq dələduzluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri “ZARA” mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq, pulunu mənimsəyiblər. İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. Buna görə onların heç biri həbs edilməyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri