Dek
2017
12:11
26
419
4414
Virtual karabakh

Bərdədə sürücünü bıçaqlayıb avtomobilini oğurladılar – YENİLƏNİB

9 Dek, 2017
12:11
4414

Bərdədə sürücünü bıçaqlayıb avtomobilini oğurladılar – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini oğurlayan şəxs tutulub.

Oxu.Az-ın xəbərinə görə, Bərdə Rayon Polis Şöbəsindən Report-un verilən məlumata görə, hadisə yerindən qaçan şəxsin Bərdə rayon sakini, 1989-ci il təvəllüdlü Orxan Rafiq oğlu Kazımov olduğu müəyyən edilib. 

O, törətdiyi hadisədən sonra qaçıb gizlənməyə çalışsa da, polis əməkdaşları tərəfindən tapılaraq istintaqa cəlb edilib. 
Qaçırılan avtomobil də aşkar edilərək sahibinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

08.12.2017 23:17

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri